15:15 - 31.05.2022
31 may, Fineko/abc.az. “İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi ilbəil artırılır. Bununla bağlı geniş işlər görülməlidir”.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, onkoloji xəstliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır:
“Hesab edirəm ki, bütün xəstəliklər bu zərfə daxil edilməlidir”.