15:06 - 28.04.2022
28 aprel, Fineko/abc.az. Qəzalı binalar Bakının bütün ərazilərində var. Bunlar sovet dövrünün qalıqlarıdır.
ABC.AZ-ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov informasiya agentliklərinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bütün rayonlarda az-çox bu cür qəzalı vəziyyət olan binalar mövcuddur:
“Bu məsələni daha dərindən öyrənmək məqsədilə artıq komissiya yaradılıb. Komissiyaya vaxt ayrılıb. Bir ay ərzində rayon icra hakimiyyətinin fəal iştirakı ilə onlar məlumatı toplayıb bizə təqdim etməlidirlər”.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026