11:02 - 20.04.2022
20 aprel, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin (DİN) Komendat Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.
ABC.AZ xəbər verir ki, ümumi dəyəri 1 milyon 350 min manat olan 3 tender müsabiqəsinin qalibləri “İnnova İnşaat” MMC və “Kənan İnşaat və Ticarət” MMC olub.
“İnnova İnşaat” MMC 600 min manat qarşılığında DİN-in mərkəzi inzibati binasında əsaslı təmir işləri, “Kənan İnşaat və Ticarət” MMC isə 400 min manat qarşılığında DİN-in mərkəzi inzibati binasında cari təmir işləri, 350 min manat qarşılığında isə avadanlıqların alınması və quraşdırılması işlərini görəcək.
Təmir işlərinin bu ilin sonun kimi yekunlaşdırılması nəzərdə tutulub.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026