Aktivləri 50 milyon manatdan çox olan sığorta şirkələri- Siyahı

15:11 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə aktivləri 50 milyon manatdan çox olub.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (393,532 milyon manat), “PAŞA Sığorta” (238,828 milyon manat), “Xalq Sığorta” (80,343 milyon manat), “Atəşgah Həyat Sığorta” (67,492 milyon manat) və “Qala Sığorta” (52,887 milyon manat) ASC-lərdir.

Qalan 15 sığorta şirkətindən 13-nün aktivləri 10-50 milyon manat arasında, 2-nin aktivləri isə 10 milyon manatdan azdır.