17:29 - 14.04.2022
14 aprel, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2021-ci ildəki məcmu gəlirləri məlum olub.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə sığorta şirkətlərinin məvmou kapitalı 853,128 milyon manat təşkil edib. Müqayisə üçün bildirək ki, bu, 2020-ci ilə nisbətən 6,1% azdır.
Ötən il sığortaçıların məcmu xərcləri isə 3,8% azalaraq 773,161 milyon manat olub. Şirkətlərdən 11-nin gəlirləri, 10-nun isə xərcləri artıb.
2021-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 79,967 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 24% azdır. 6 şirkətdə maliyyə mənfəəti artıb, 9 şirkətdə maliyyə mənfəəti azalıb, 1 şirkət 2021-ci ildə maliyyə mənfəəti əldə edib, əvvəlki ildə maliyyə mənfəət əldə etmiş 4 şirkət isə ötən il maliyyə zərərinə uğrayıb.
5 Avqust 2026
5 Avqust 2026