11:37 - 31.03.2022
31 mart, Fineko/abc.az. Mərkəzi Bank bu ilin yanvar-fevral aylarında ölkədəki sığorta şirkətlərinin topladığı sığorta haqları barədə statistika açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, 2 ay ərzində ən az sığorta haqqı toplayan sığorta şirkətləri “Meqa Həyat Sığorta” (166 min manat), "Naxçıvan Sığorta" (337 min manat), “Bakı Sığorta” (780 min manat), “Günay Sığorta” (978 min manat) və “Xalq Həyat Sığorta” (1 milyon 229 min manat) ASC-ləri olub. Adları çəkilən şirkətlər ümumilikdə 3,49 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2%-i deməkdir.
Müəllif: Elmir Murad