14:58 - 30.03.2022
30 mart, Fineko/abc.az. Ötən 2 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 17,6% azalaraq 35 milyon 171 min manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 24 milyon 63 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 63,55% azdır.
İlin əvvəlindən indiyə kimi icbari sığorta növləri üzrə ödənişlərin məbləği 56,2% azalaraq 14 milyon 473 min manata düşüb.
ABC.AZ-ın məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 17,1 manatı qədər ödəniş edilib.
Bu rəqəm 2021-ci ilin yanvar-fevral aylarında 57 manat olub.
İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 77,4 manatdan 41,15 manata düşüb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026