Türkiyəlilər Ermənistanda bu qədər daşınmaz əmlak alıb

16:08 - 28.03.2022


28 mart, Fineko/abc.az. “Son 20 il ərzində Ermənistanda Türkiyə vətəndaşları tərəfindən 72 daşınmaz əmlak alınıb”.

ABC.AZ Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsi məlumat verib.

“2002-ci ildən etibarən bizdə Türkiyə vətəndaşları tərəfindən daşınmaz əmlak alınmasına dair 72 müqavilə olub. Sözügedən daşınmaz əmlakın əsas hissəsini mənzillər, digər bir hissəsini isə kiçik ictimai iaşə obyektləri təşkil edir”, - deyə Komitədən bildirilib.

Qeyd olunub ki, Ermənistan qanunvericiliyi istənilən ölkənin vətəndaşına respublikada daşınmaz əmlak almağa imkan yaradır, lakin əgər bu daşınmaz əmlak kənd təsərrüfatı təyinatlı deyilsə.

Müəllif: Elmir Murad