Avropanın ən qonaqpərvər şəhərləri - Siyahı

10:19 - 11.03.2022


11 mart, Fineko/abc.az. Amerikanın nüfuzlu səyahət jurnalı “Condé Nast Traveller” Portuqaliyanın paytaxtı Lissabonu Avropada birinci və dünyanın beşinci ən qonaqpərvər şəhəri kimi qiymətləndirib.

ABC.AZ-ın məlumatına görə, məşhur nəşr 34-cü illik “Oxucu seçimi mükafatları” sorğusunda dünyanın ən qonaqpərvər şəhərlərini növbəti dəfə sıralayıb.

“Condé Nast Traveller” tərəfindən dünyanın ən qonaqpərvər şəhərləri sıralamasında birinci yerdə Kralendeyk (Boneyr Adası), ikinci San-Miguel-de-Alyende (Meksika), sonra isə Mərrakeş (Mərakeş), Banqkok (Tayland), Lissabon (Portuqaliya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), İstanbul (Türkiyə), Sinqapur, Edinburq (Şotlandiya) yerləşdirilib.