16:44 - 2.03.2022
2 mart, Fineko/abc.az. "Saxalin-1" layihəsinin operatoru olan ABŞ-ın "ExxonMobil" şirkəti adıçəkilən layihəni tərk edir.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda deyilir.
"ExxonMobil Yapon, Hindistan və Rusiya şirkətlərindən ibarət beynəlxalq konsorsium adından "Saxalin-1" layihəsini idarə edir. Son hadisələrə cavab olaraq, biz əməliyyatların dayandırılması prosesinə başlayırıq və "Saxalin-1" layihəsindən çıxmaq üçün addımlar hazırlayırıq", - bəyanatda deyilir.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026