Sığorta ödənişinin 11 milyon 227 min manatı 5 şirkətin payına düşür – Siyahı

11:45 - 21.02.2022


21 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycanda həyata keçirilmiş 16 milyon 623 min manat sığorta ödənişinin 11 milyon 227 min  manatı və yaxud 67,55%-i 5 sığorta şirkətinin payına düşüb.

ABC.AZ-ın məlumatına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (4 milyon 385 min manat) və “PAŞA Sığorta” (3 milyon 101 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 1 milyo ,996 min manat), eləcə də "Xalq Sığorta" (1 milyon 745 min manat) və “A-Qrup Sığorta” (905 min manat) ASC-lərdir.

Ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Xalq Həyat Sığorta” (0 manat), “İpək Yolu Sığorta” (1 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (34 min manat) və “Naxçıvan Sığorta” (35 min manat) ASC-lərdir.

Adları çəkilən şirkətlər ümumilikdə 70 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 5,326 milyon manat (32,05%) təşkil edib.