11:34 - 21.02.2022
21 fevral, Fineko/abc.az. Fevralın 21-də Dövlət Turizm Agentliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı çərçivəsində Azərbaycanın müxtəlif regionlardan seçilən turizm işçilərinin cəlb ediləcəyi Türkiyənin Antalya şəhərində təşkil olunacaq turizm üzrə təlim proqramının təqdimat tədbiri keçirilib.
ABC.AZ xəbər verir ki, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bu cür layihələrin iki ölkənin turizm təhsili sahəsində yeni təcrübələrin əldə olunmasına kömək edəcəyini deyib.
Layihə 2 mərhələdən olmaqla “Turizm təlimində müasir yanaşmalar” nəzəri proqramı ilə ilk olaraq 21-25 fevral 2022-ci il tarixlərində Bakıda, daha sonra isə “Hotel və səyahət xidmətləri sahəsi – yemək və içki sahəsində təlimçilər üçün təlim” praktiki proqramı ilə 14-25 mart 2022-ci il tarxilərində Antalyada keçiriləcək.