11:28 - 21.02.2022
21 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycanda toplanılmış 118 milyon 234 min manat sığorta haqqının 99 milyon 392 min manatı və yaxud 84,05%-i 5 sığorta şirkətinin payına düşüb.
ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın statitikasına görə, həmin şirkətlər "PAŞA Sığorta" (59 milyon 856 min manat), "PAŞA Həyat Sığorta" (25 milyon 320 min manat), “İpək Yolu Sığorta” (5 milyon 125 min manat), “Qala Sığorta” (5 milyon 107 min manat) və “Xalq Sığorta” (3 milyon 984 min manat) ASC-lərdir.
Ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (102 min manat), "Naxçıvan Sığorta" (148 min manat), “Bakı Sığorta” (375 min manat), “Günay Sığorta” (486 min manat) və “Xalq Həyat Sığorta” (608 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1 milyon 719 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,45%-i deməkdir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026