14:43 - 9.02.2022
9 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Sahibkarlığın İnkişafı Fondu rəsmi saytında ötən ilin hesabatını təqdim edib.
ABC.AZ-ın məlumatına görə, hesabatda bəzi nüanslar barədə məlumat verilib. Belə ki, ötən il 614 nəfər Sahibkarlığın İnkişafı Fondunun vakant elan edilmiş yerləri üzrə elektron ərizə ilə müraciət edib. Həmçinin xüsusi meyarlar əsasında göstəricilərin ilkin qiymətləndirilməsi aparılıb.
"İşə qəbul üzrə keçirilən müsahibələrdə 60 nəfər iştirak edib, 17 nəfər hər iki mərhələdən müvəffəqiyyətlə keçib. 23 nəfər isə işdən ayrılıb. Beləliklə, əməkdaşların ümumi sayı 83 olub" deyə Sahibkarlığın İnkişafı Fondunun illik hesabatında məlumat verilib.
2021-ci il ərzində kadr dövriyyəsi barədə məlumat.
5 Avqust 2026
5 Avqust 2026