11:28 - 1.02.2022
1 fevral, Fineko/abc.az. “Android Authority” nəşrinin araşdırmaçıları qiyməti ucuz olan smartfonların əsas çatışmayan cəhətlərini açıqlayıblar.
ABC.AZ-ın məlumatına görə, araşdırmaçılar hesab edir ki, istehsalçılar telefonları ən vacib hissələrdən məhrum edərək ucuz sub-flaqmanlar istehsal edirlər.
Birincilər arasında müəlliflər teleobyektivin olmamasını göstəriblər.
Onların sözlərinə görə, ucuz telefonlarda bu geniş bucaqlı obyektivlə kompensasiya olunur.
Smartfonun buraxılışına qənaət etməyin başqa yolu yüksək keyfiyyətli materiallar - metal və ya şüşə əvəzinə plastikdən istifadədir.
Bundan başqa əlverişli qiymətə malik cihazlar nəmdən qorunmur. Həmçinin ucuz smartfonlarda adətən sürətli şarjı dəstəkləməyən ucuz adapter təklif edirlər.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026