“Meqa Sığorta” bir ildə 3,887 mln. manat pul itirib - Yığımları kəskin azalıb

15:26 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. “Meqa Sığorta” ASC-nin 2021-ci il üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, ötən il ərzində şirkətin həm yığmlarında, həm də  satışlarında kəskin azalma tendensiyası davam edib.

Şirkət ötən il ərzində 24,727 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2020-ci ildəki göstərici ilə müqayisədə 3,887 mln. manat və ya 13,58% azalma deməkdir.

Ötən il ərzində şirkət tərəfindən ümumilikdə 5,324 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 464 min manat və ya 9,54% çox olub.