10:22 - 26.01.2022
26 yanvar, Fineko/abc.az. Dünyanın ən sürətli superkompüteri hazırlanır.
ABC.AZ-ın məlumatına görə, sözügedən superkompüteri Facebook sosial şəbəkəsinin sahibi “Meta Platforms Inc.” kompaniyasının mütəxəssisləri hazırlayır.
Superkompüterin hazırlanması üzrə layihəyə “Nvidia Inc.” və “Pure Storage Inc.” tərəfdaş kompaniyalarının analitikləri də daxil olmaqla, yüzlərlə mütəxəssis cəlb edilib.
Superkompüter cari ilin yay aylarında tam hazır vəziyyətə gətiriləcək.
Superkompüterin 16 minə yaxın qrafik prosessoru olacaq və o, dünyanın ən sürətli kompüterinə çevriləcək.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026