16:49 - 13.01.2022
13 yanvar, Fineko/abc.az. Azərbaycanda icbari tibbi sığorta xidmətlərinin göstərilməsinə əlavə dəyər vergisindən (ƏDV) azadolmanın müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılıb.
ABC.AZ-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev bu gün Vergi Məcəlləsinə edilən dəyişiklikləri təsdiq edib. Məcəllənin 164.1.51-ci maddəsinə edilmiş dəyişikliyə görə İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi bu ilin sonuna qədər vergidən azad ediləcək.
Qeyd edək ki, adıçəkilən güzəştin müddəti bu ilin yanvarın 1-də bitmişdi. Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026