12:13 - 25.04.2018
25 aprel, Fineko/abc.az. İcbari Sığorta Bürosu (İSB) 2017-ci il üzrə fəaliyyətinin yekunlarını açıqladı.
Hesabata əsasən, İSB-in aktivləri 2017-ci ildə 4,35% artaraq 36 milyon 68831 manat səviyyəsinə çatdı.
“Büronun gəlirləri keçən il 9 milyon 95, 334 min manat, xərcləri isə 8 milyon 549 min 623 manat təşkil edib”, - məlumatda belə deyilir.
2017-ci ildə İSB-in xalis mənfəəti 545, 711 min manat təşkil etmişdir.
30 İyul 2026
29 İyul 2026