“Aztelekom”-un Şuşada filialı açılıb

17:12 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (NRYTN) məxsus “Aztelekom” MMC-də növbəti struktur islahatı aparılıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, qurumun azad edilmiş ərazilərdə ilk filialı olan “Şuşa” filialı fəaliyyətə başlayıb. Hələlik filial rəhbərliyinə təyinat yoxdur.

Bununla da qurumun filiallarının sayı 6-ya çatdırılıb. Nazirlikdən  fakt təsdiq edilib.

Qeyd edək ki, bundan öncə şirkətin "Cənub Şirvan", "Şimal-Qərb", "Şimal-Şərq", "Aran" və "Dağlıq Şirvan" regional filialları yaradılıb.