15:35 - 24.04.2018
24 aprel, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sığorta qanunvericiliyinə düzəlişlər hazırlayıb.
ASA-nın məlumatında deyildiyi kimi, Assosiasiya Prezident Administrasiyasının nümayəndələri ilə görüş keçirib və orada dəyişikliklər müzakirə edilib.
“Düzəlişlər, sığortaçının maliyyə vəziyyətinin bərpası və sağlamlaşdırılması məqsədi ilə, müvəqqəti inzibatçılığın tətbiqini nəzərdə tutur”, - məlumatda belə deyilir.
Görüş zamanı qanun layihəsinin Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilməsi qərara alınıb.
27 İyul 2026