16:40 - 28.12.2021
28 dekabr, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzi və “AzInTelecom” MMC birləşdirilib.
ABC.AZ-ın məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi (MHM) nazirliyin digər qurumu “AzInTelecom” MMC-yə birləşdirilib. İki qurumun birləşdirilməsi ilə yenidən təşkil edilən “AzInTelecom” MMC-də qabaqcıl təcrübəyə əsaslanaraq idarəetmədə korporativ standartlar tətbiq olunacaq.
Bu barədə Nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, Prezidentin 27 aprel 2021-ci il tarixli Fərmanına əsasən ölkəmizdə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026