12:05 - 24.04.2018
24 aprel, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Əl-Küveyt şəhərində keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisində yerli sahibkarların iştirakını təşkil edir.
AZPROMO-nun məlumatına görə, “Kənd Təsərrüfatı, Balıqçılıq, Ərzaq və Texnologiya üzrə EXPO” sərgisi 26-28 sentyabr tarixlərində keçiriləcək.
Sərgidə, kənd təsərrüfatı və balıqçılıq sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edə bilərlər. Sərgi haqqında məlumatla aşağıdakı linkə keçərək tanış ola bilərsiniz:
https://www.cyberconnectkw.com/