‘’Azərbaycan Sənaye Korporasiyası’’nda yeni Təyinat

17:09 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. ‘’Azərbaycan Sənaye Korporasiyası’’ ASC-nin (ASK) Strateji inkişaf və kommersiya departamentinə direktor təyin olunub. ABC.AZ Report-a istinadən xəbər verir ki, bu vəzifə Rüstəm Əkbərliyə həvalə edilib.

O, 1990-cı ildə Yardımlı rayonunda anadan olub, 2007-2011-ci illərdəBakı Dövlət Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə fərqlənmə diplomu ilə bakalavr təhsili alıb, 2012-2013-cü illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentində mütəxəssis vəzifəsində çalışıb, 2013-2014-cü illərdə Türkiyənin İstanbul Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə magistr təhsili alıb.

2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı” çərçivəsində 2014-2016-cı illərdə Avstraliyanın Sidney şəhərində yerləşən Makkuori Universitetində "Beynəlxalq biznes və beynəlxalq münasibətlər" ixtisası üzrə ikili magistr dərəcəsi alıb. 2016-2017-ci illərdə “Nurgün Holdinq”də Biznesin inkişafı şöbəsində menecer, daha sonra şöbə müdiri vəzifəsində çalışıb,