10:13 - 16.12.2021
16 dekabr, Fineko/abc.az. 2021-ci il dekabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 302,4 min nəfər olmuş, onlardan 4 milyon 986,6 min nəfərini məşğul əhali, 315,8 min nəfərini (5,95%-ni) işsiz əhali təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsininin aylıq hesabatına istinadən xəbər verir ki, cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 702,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,6 min nəfər, qeyri-dövlət sektorunda isə 798,5 min nəfər təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 670,5 min nəfər çalışıb.
Müəllif: Elmir Murad
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026