Agentlik 11 ayda neçə nəfəri işlə təmin edə bilib? - Qurumdan açıqlama

15:23 - 14.12.2021


14 dekabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 11 ayında 74 203 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.

Agentlikdən ABC.AZ-a daxil olan məlumatda bildirilir ki, özünüməşğulluq proqramının icrası işləri də davam etdirilir.

Yanvar-noyabr aylarında 14 200 nəfər proqrama cəlb edilib.

Onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılır.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 413 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 1410 nəfər isə peşəyönümü məsləhəti xidmətlərinə cəlb olunub.