12:33 - 13.12.2021
13 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 893,9 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 mln. manat və ya 6,3% artıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,4%-ni təşkil edib.
Bu ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi 3,1 mln. manat və ya 3,6% azalıb. Noyabrda 83,6 mln. manat dəyərində gəlir əldə olunub.
Müəllif: Elmir Murad
13 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026