12:25 - 7.12.2021
7 dekabr, Fineko/abc.az. Azərbaycanın xizəkçilik mərkəzlərinin 3 nümayəndəsi Türkiyənin Ərzurum bölgəsindəki "Palandöken” xizəkçilik mərkəzində təşkil olunmuş Türkiyə-Azərbaycan qış turizminin inkişafı proqramında iştirak edir.
ABC.AZ Report-a istinadən xəbər verir ki, proqramın əsas hədəfi Azərbaycanın xizəkçilik mərkəzlərinin xidmətlərinin dünya bazarına çıxarılmasıdır.
Azərbaycan menecerləri proqramda əldə edəcəkləri məlumatları iş yerlərində tətbiq etməklə qış turizmini inkişaf etdirmək istəyirlər.