11:06 - 2.12.2021
2 dekabr, Fineko/abc.az. “Xiaomi” şirkəti yeni ucuz smartfonlarını təqdim edib.
ABC.AZ-ın məlumatına görə, bu “Redmi Note 11T 5G” smartfonlarıdır.
Plastik korpusda hazırlanmış yenilik 6.6 düymlük IPS-displey, 16 MP-lik ön və 50 MP + 8 MP arxa kamera ilə təchiz edilib.
Smartfonun operativ yaddaşının həcmi konfiqurasiyadan asılı olaraq 4/6/8 GB, daxili yaddaşının həcmi isə 64 və ya 128 GB təşkil edir.
Bu gündən sözügedən smartfonların satışı başlayır. Baza versiyanın qiyməti 226 dollar təşkil edir.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026