16:29 - 12.11.2021
12 noyabr, Fineko/abc.az . "Google"un poçt xidməti olan Gmail-ə daxil olmaqda problemlər yaranmağa başlayıb.
ABC.AZ xəbər verir ki, bir çox istifadəçilər səhər saatlarında poçt adreslərinə daxil olmaqda çətinliklər yaşayıblar.
Fasilənin baş vermə səbəbi müəyyən olunmayıb. Problemlə üzləşənlərin 49 faizi server bağlantısı, 30 faizi e-poçt göndərərkən, 21 faizi isə vebsaytda problem yaşadıqlarını bildiriblər. Problemlə bağlı çoxsaylı tvitlərə baxmayaraq, Gmail problemin səbəbinin məlum olmadığını bildirib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026