Şura bəzi kabel tv-lərinə yayım üçün lisenziya verdi

14:57 - 12.11.2021


12 noyabr, Fineko/abc.az. Milli Televiziya və Radio Şurasının iclasında kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb. Bu barədə ABC.AZ-a şuradan bildirilib. Şuranın müvafiq qərarları ilə "Azəri Global Servis" QSC-nə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı lisenziyası, "Sevenline" MMC-nə və "İTTNET" MMC-nə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı lisenziyaları verilib. Şura iclasında kabel (İPTV) operatorlarının fəaliyyəti, onların retranslyasiya etdikləri televiziya kanallarının lisenziyalı yayımının təşkil olunması məsələsi də geniş müzakirə olunub. Bəzi operatorlara qanunvericiliyin bu tələbinə əməl etmədikılərinə görə son xəbərdarlıq edilib, "Şam" MMC (Smart TV Plus) barəsində isə inzibati protokol tərtib edilib və müvafiq rayon məhkəməsinə göndərilib.