10:42 - 17.04.2018
17 aprel, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə görüşü keçirilib.
ASA-nın məlumatında deyildiyi kimi, görüşün əsas mövzusu, Maliyyə sərgisinin keçirilməsi olub.
“Sərginin məqsədi maliyyə sektoru - bank, sığorta, investisiya şirkətləri və xarici maliyyə şirkətlərinin bütün iştirakçılarını birləşdirmək və maliyyə sektorunda müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təşviq etməkdir”, - məlumatda belə deyilir.
Görüşdə sərgiyə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan Maliyyə sərgisi ilə əlaqədar təşkilatçılıq və hazırlıq işlərinə başlanması qərara alınmışdır.
4 Avqust 2026
4 Avqust 2026