"Google" 2 milyard avrodan çox cərimələnib

15:45 - 10.11.2021


10 noyabr, Fineko/abc.az . "Google" inhisarçılıq iddiası ilə 2.4 milyard avro (2.8 milyard dollar) cərimələnib.

ABC.AZ xəbər verir ki, şirkəti cərimələyən Avropa Birliyi məhkəməsidir. 

Məhkəmə ABŞ-ın nəhəng texnologiya şirkətini öz alış-veriş xidmətlərini önə çıxarmaqdan sui-istifadə etməkdə ittiham edir. Belə ki, Avropa Komissiyası 2017-ci ildə internet axtarış sistemi Google-ın öz alış-veriş xidmətlərini önə çıxararaq rəqabəti pozduğunu müəyyən etmiş, Google o dövrdə alış-veriş axtarışı nəticələrində dəyişikliyə getmək məcburiyyətində qalmışdı.

Müəllif: Elmir Murad