17:19 - 13.04.2018
13 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşların əmək hüquqlarını qorunması üzrə, o cümlədən işəgötürənlər tərəfindən gecikdirilmiş əmək haqlarının və digər sosial ödənişlərin ödənilməsini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirir.
Əmək Nazirliyindən alınan məlumata əsasən, Əmək Müfəttişliyi Xidməti, vətənaşların müraciəti əsasında, 2018-ci ilin yanvar-mart ayları ərzində 20 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Məlumata əsasən, bu məbləğin 51,1%-i əmək haqları, 43,9%-i sosial müavinətlər, qalanı isə yetirilən zərərə görə kompensasiyalar təşkil edib.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026