12:48 - 13.04.2018
13 aprel, Fineko/abc.az. 2018-ci ilin yanvar-mart aylarında Azərbaycan, bəyan edilmiş neft və qaz ixracının nəzərə alınması ilə, 146 ölkə ilə 5 546 139,38 min dollar həcmində ticarət əməliyyatı həyata keçirib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac əməliyyatlarının payına 3 355 033,87 min dollar və ya ticarət dövriyyəsinin 60,49%, idxalın payına isə 2 191 105,51 min dollar və ya ticarət dövriyyəsinin 39,51%-i düşüb.
2018-ci ilin 1-ci rübünün sonunda, 1 163 928,36 min dollar həcmində müsbət ticarət saldosu yaranmışdır.
2017-ci ilin 1-ci rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi 4,119,079,75 min dollar təşkil edib ki, onlardan ixrac 2 606 306,06 min, idxal isə 1 512 773,69 min dollar təşkil edib. Həmin dövrdə ticarət dövriyyəsinin müsbət saldosu 1 093 532,37 min dollar təşkil etmişdir.
2017-ci ilin birinci rübü ilə müqayisədə, 2018-ci ilin 1-ci rübündə xarici ticarət dövriyyəsinin artımı 1,427,059,63 min dollar və ya 34,65%, ixrac artımı 748,727,81 min dollar və ya 28,73%, idxalın artımı isə 678,331,82 min dollar və ya 44,84% təşkil etmişdir. Müsbət ticarət saldosu 10% artmışdır.
1-ci rübdə Azərbaycana 6,033 adda mal idxal edilib, 1,691 adda mal isə ixrac edilib.