17:07 - 12.04.2018
12 aprel, Fineko/abc.az. 2017-ci ildə Azərbaycanda xarici ticarət dövriyyəsindən 6,693,6 milyon dollar səviyyəsində müsbət saldo yaranıb.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, ixrac olunan xam neft və təbii qazın dəyəri nəzərə alınmaqla, 2017-ci ildə xarici ticarət dövriyyəsi 24257,6 milyon ABŞ dolları təşkil etmişdir.
“O cümlədən, ixrac 15,475,6 milyon dollar, idxal isə 8,782 milyon dollar təşkil edib. 2004-2017-ci illərdə Azərbaycan 18,6 milyard dollarlıq qeyri-neft məhsulları ixrac edib”, - Tahir Budaqov belə deyib.