11:28 - 5.04.2018
5 aprel, Fineko/abc.az. 2018-ci ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən satılmış xarici valyutanın həcmi, keçən ilin birinci rübünə nisbətdə, 65,1% çox olub.
ARDNF-in məlumatında deyildiyi kimi, 2018-ci ilin yanvar-mart aylarında Fond, valyuta hərraclarında 1 310,2 milyon dollar məbləğində xarici valyuta satıb.
“ARDNF 2018-ci ilin mart ayı ərzində valyuta hərraclarında 647 milyon dollar həcmində xarici valyuta satıb”, - məlumatda belə deyilir.
2018-ci ilin fevral ayında ARDNF valyuta hərraclarında 364,1 milyon dollar həcmində xarici valyuta satıb.
Beləliklə, 2018-ci ilin mart ayında Fond tərəfindən valyuta satışının həcmi fevral ayına nisbətən 77,7% artıb. 2018-ci ilin yanvar ayında ARDNF valyuta hərraclarında 299,1 milyon dollarlıq xarici valyuta satıb.
2017-ci ildə ARDNF valyuta hərraclarında cəmi 3,597,8 milyon dollarlıq xarici valyuta satıb.