13:03 - 4.04.2018
4 aprel, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondu ilə görüş keçirilib.
ASA-nın məlumatında deyilir ki, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri və İpoteka Fondunun rəhbərliyi iştirak edib.
Tərəflər, “İpoteka haqqında” Qanununun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsünü müzakirə etdilər.
Görüşün sonunda sığortaçılar ipoteka sığortası üzrə tarifləri azaltmaq barədə razılığa gəliblər.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026