16:44 - 20.08.2021
20 avqust, Fineko/abc.az. Cari ilin birinci yarısının sonuna ölkə ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 3 478 nəfər olmuşdur. Bu da son illərin ən yüksək rəqəmidir.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Söhbət burada, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərdən gedir.
2020-ci ilin müvafiq dövrünün sonuna 1 192 nəfər olmasını nəzərə alsaq 2.9 dəfə illik müqayisədə artım deməkdir.