10:46 - 2.04.2018
2 aprel, Fineko/abc.az. 2017-ci ildə Azərbaycanın xalis maliyyə mənfəəti 5,4 milyard dollar artıb.
Azərbaycan Mərkəzi Bankın məlumatında əsasən, mənfəət, xaricə yönəldilmiş birbaşa investisiyalar (2564,4 mln.dollar), portfel investisiyaları (-80,9 mln.dollar), törəmə maliyyə alətləri (-3,8 mln.dollar) və digər investisiyalar (2939,7 mln.dollar) hesabına formalaşmışdır.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 5,2 mlrd.dollar təşkil etmişdir ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (2866,1 mln.dollar), neft bonusu (1,4 mln.dollar), portfel investisiyaları (2588,0 mln.dollar) və digər investisiyalar (-237,5 mln.dollar) hesabına formalaşmışdır.
30 İyul 2026
29 İyul 2026