16:21 - 7.07.2021
7 iyul, Fineko/abc.az. Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə qlobal miqyasda işini itirənlərin sayı 2019-cu illə müqayisədə 114 milyon nəfər olub.
ABC.AZ xəbər verir ki, bu rəqəmlər 37 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2021-ci il üzrə Məşğulluq Proqnozu Hesabatında öz əksini tapıb.
OECD ölkələrində iqtisadiyyatın canlanması nəticəsində iş yerlərinin bir hissəsi bərpa olunsa da, 2021-ci ilin mayında işsiz insanların sayı 43,5 milyon nəfər təşkil edib.
Bu isə 2020-c ilin fevralı ilə müqayisədə 8,1 milyon nəfər çoxdur. İşsizlik faizi may ayında 6,6% olub (pandemiyadan əvvəlki səviyyədən 2,2% çox).
Müəllif: Elmir Murad