12:34 - 28.03.2018
28 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirilməsi haqqında elan edib.
AMB-in məlumatına əsasən, hərrac 29 mart 2018-ci il tarixində “Bloomberg” ticarət platformasında keçiriləcək.
“Hərrac vasitəsi ilə, AMB 8,01% – 12,99% dərəcə ilə 250 milyon manat cəlb etməyi planlaşdırır. Vəsaitlər 20 günə cəlb olunacaq”, - məlumatda belə deyilir.
AMB 13 iyun 2016-cı il tarixindən etibarən depozit hərraclarını keçirir.
30 İyul 2026
29 İyul 2026