14:40 - 18.06.2021
18 iyun, Fineko/abc.az. Təhsil Tələbə Kredit Fondunun fəaliyyətə başlamasından sonra dövlət sifarişli yerlər və sosial təbəqələr ilə bağlı təhsil haqqı üzrə güzəştlər ləğv olunmayacaq.
ABC.AZ-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev mətbuat konfransında bildirib.
O qeyd edib ki, dövlət sifarişi hesabına təhsil öz yerində qalır və yerlərin sayı ildən-ilə artır.
"Sosial təbəqələr ilə bağlı güəştlər də öz yerində qalır. Tələbə kreditləri əlavə seçim olaraq tələbələrə təqdim olunur. Bunun əsas mahiyyəti təhsilə daha çox insanın, o cümlədən müxtəlif həssas quruplardan olanların təhsilə cəlb edilməsi və təhsildə rəqabəti saxlamaqdır” - deyə nazir bildirib.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026