16:17 - 1.06.2021
1 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ölkədə bank sektoru yavaş-yavaş özünə gəlməyə başlayıb.
ABC.AZ-ın məlumatına görə, bank filiallarının artımı ilə yanaşı, bankda çalışanların sayında da çoxalma var.
Belə ki, mayın 1-ə olan məlumata görə, ölkə banklarında təqribən 18 893 nəfər çalışır. İlin əvvəlindən bu günə qədər bank əməkdaşlarının sayında 200 nəfərə yaxın artım var.
Qeyd edək ki, 2020-ci ildə 4 bankın fəaliyyətini dayandırması ilə bank işçilərinin sayı da azalmış, təqribən 1500 nəfər bank əməkdaşı işini itirmişdi – işçi sayı 19 846 nəfərdən 18 400-a düşmüşdü.
30 İyul 2026