12:06 - 18.05.2021
18 may, Fineko/abc.az. Bu ilin yanvarın 1-nə Qazaxıstanın xarici dövlət borcu illik ifadədə 3% artaraq 163,4 mlrd. ABŞ dollarına çatıb.
ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu barədə Qazaxıstan Milli Bankının açıqlamasında deyilir.
Məlumata görə, Qazaxıstanın xarici dövlət borcunun 93,9%-i uzunmüddətli (1 ildən çox) borcun payına düşür. Ölkənin xarici borcunun 80,12%-i ABŞ dollarındadır.
Ölkələrə gəldikdə, cari ilin yanvarın 1-i tarixinə Qazaxıstanın Azərbaycana borcu 42,7 mln. dollar təşkil edib.
Bu, 2020-ci ilin yanvarı 1-də qeydə alınan göstərici ilə müqayisədə 25,1% çoxdur.
Struktura gəldikdə, ölkənin Azərbaycana olan borcunun 15 mln. dolları şirkətlərarası borclar, 8,2 mln. dolları bank sektoru, 19,5 mln. dolları isə digər sektorların payına düşür.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026