Türkiyənin loqistika şirkəti Azərbaycan bazarından gedir

17:18 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. “SFK Trading Lojistik Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1063 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsi, ev 7, mənzil 16 ünvanına bildirə bilərlər.

Filialın qanuni təmsilçisi Məhəmməd Çərkəsov Vələd oğludur.

SFK Trading Lojistik ve Ticaret Anonim Şirketi Türkiyə şirkətidir. Şirkət əsasən yükdaşıma, logistika və beynəlxalq daşımalar sahəsində fəaliyyət göstərir.