Bəzi “ASAN xidmət” mərkəzləri 990 min manata təmir olunacaq

16:44 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. Azərbaycanda bəzi “ASAN xidmət” mərkəzlərində cari təmir işlərinin satın alınması planlaşdırılır.

Bu satınalma Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Satınalmanın ehtimal olunan qiyməti 990 646,05 manat təşkil edir.