17:03 - 20.10.2026
20 Oktyabr, Fineko/abc.az. "Brent" markalı xam neftin qiyməti bir barel üçün təxminən 111 dollara yüksələrək son beş ayın ən yüksək səviyyəsinə çatıb. Bu artıma İranın Hörmüz boğazı ilə bağlı təhdidləri və qlobal bazarda emal olunmuş yanacaq çatışmazlığı səbəb olub.
İlin əvvəlindən etibarən Yaxın Şərq və Ukraynadakı münaqişələr səbəbindən neft qiymətləri 80%-dən çox artıb. İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif bildirib ki, öz təhlükəsizliyini təmin etmək məqsədilə mühüm enerji marşrutu üzərində nəzarət qurmaqdan başqa Tehranın "başqa seçimi yoxdur".
Bununla belə, Fars körfəzindən neft ixracı davamlılıq nümayiş etdirir: ABŞ-ın energetika naziri Kris Rayt qeyd edib ki, daşımalar müharibədən əvvəlki səviyyənin təxminən 80%-nə qədər bərpa olunub. Eyni zamanda, neft məhsulları tədarükünün məhdud olması qiymətləri artırmağa davam edir — Avropada dizel yanacağı üzrə fyuçerslər 2,7% bahalaşıb.
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026