16:53 - 20.10.2026
20 Oktyabr, Fineko/abc.az. "Google Cloud" platformasının Qərbi Avropadakı obyektlərində, xüsusilə Böyük Britaniyanın London şəhərində yerləşən "europe-west2" regionunda ciddi şəbəkə kəsintiləri və texniki nasazlıqlar yaşanır.
Məlumata görə, elektrik enerjisində yaranan problem səbəbindən "BigQuery", "Cloud Storage", "Google Kubernetes Engine" və "Cloud Run" da daxil olmaqla çoxsaylı bulud xidmətlərinin fəaliyyətində fasilələr yaranıb. Nasazlıq maliyyə-texnologiya (fintex) və bank sektoruna da mənfi təsir göstərib.
"Google Cloud"dan verilən açıqlamada "europe-west2" zonalarında yaranan problemin təsirlərinin aradan qaldırılması və xidmətlərin bərpası istiqamətində işlərin davam etdirildiyi bildirilib.
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026