17:33 - 5.05.2021
5 may, Fineko/abc.az. "ABŞ Azərbaycanın saxlanılan üç ermənini azad etməsini alqışlayır".
ABC.AZ xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken "Twitter" səhifəsində yazıb.
"Hər iki tərəfi bütün məhbusların, saxlanılmış şəxslərin, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi prosesini tam və operativ şəkildə başa çatdırmağa, eyni zamanda məhbuslarla insani rəftarın təmin edilməsinə dair öhdəliklərinə əməl etməyə çağırırıq", - deyə ABŞ dövlət katibi bildirib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026